xebermen.az

Həcc ziyarətinə gedəcək şəxslərin nəzərinə! - YENİ QADAĞA

10-02-2025, 20:33

 

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci il Həcc mövsümü zamanı zəvvarlara özləri ilə uşaqları gətirməyi qadağan edib.

Qərar hər il zəvvarların sayının çoxluğundan yaranan böyük sıxlığı nəzərə alaraq, uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunub.

Bundan başqa, nazirlik Həcc mövsümünün daha rahat təşkil edilməsi üçün zəvvarların təhlükəsizliyinin təmin olunması istiqamətində daha bir neçə yeni qərar verib.

Buraya təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmə kampaniyaları, zəvvarların müqəddəs yerlərdə hərəkətini tənzimləmək üçün intellektual sistemlərin tətbiqi, Həcc ayinlərinin icrasını asanlaşdırmaq üçün düşərgələrin modernləşdirilməsi və yolların təkmilləşdirilməsi daxildir.

Qeyd edilib ki, bu mövsümdə iştirak üçün əsas üstünlük daha əvvəl Həcc ziyarətində iştirak etməyənlərə veriləcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930