xebermen.az

Şəkidə evdə güclü yanğın - xırdabunuzlu heyvanlar tələf oldu

10-02-2025, 09:27

 

Şəkidə güclü yanğın hadisəsi qeydə alınıb.

Fevralın 9-dan 10-a keçən gecə rayonun Oxud kəndində, kənd sakini Vaqif Rəcəb oğlu Həmidova məxsus ümumi sahəsi 640 kv/m olan ikimərtəbəli 7 otaqdan ibarət fərdi yaşayış evində, ümumi sahəsi 120 kv/m olan mal tövləsində və ümumi sahəsi 60 kv/m olan yardımçı tikilidə eyni vaxtda yanğın baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə, mal tövləsi içərisində olan ot bağlamaları və yardımçı tikili yanar konstruksiyaları ilə birlikdə yanıb.

Mal tövləsində olan 28 baş xırda buynuzlu heyvandan 18 başı və 3 baş iribuynuzlu heyvan xilas olunub. 9 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930