xebermen.az

Xərçəng hüceyrələrini BƏSLƏYƏN ƏZA - Bütün növləri metastaz verə bilər

9-02-2025, 21:21

 

Sağlam 76 yaşlı kişiyə diş çəkildikdən sonra prostat xərçəngi diaqnozu qoyulub.

Bu barədə “Australian Dental Journal” jurnalınıda yayımlanan araşdırmada bildirilir.

Elmi məqalədəki məlumata görə, xəstə dişini çəkdirmək üçün diş həkiminə gedib. Prosedurdan sonra bir neçə həftə ərzində o, şişkinliklə müşayiət olunan çənə ağrısından əziyyət çəkib. Narahat olan xəstə təkrar müayinə üçün diş həkiminə qayıdıb. Müayinə zamanı çənədə bədxassəli zədə aşkarlanıb.

Əlavə araşdırmalar təsdiqləyib ki, kişinin çənəsində diaqnoz qoyulmamış prostat xərçənginin metastazı nəticəsində ikinci dərəcəli şiş əmələ gəlib.

Xorvatiyanın Dentum stomatoloji klinikasından diş həkimi və üz-çənə cərrahı Andrej Boziçdeyib:

"Çənə sümüyünün qanla yaxşı təmin edilməsi və aktiv sümük iliyi var ki, bu da onu metastaz edən xərçəng hüceyrələrinin yerləşməsi və böyüməsi üçün əlverişli mühitə çevirir".

Mütəxəssis “Sun Health”a müsahibəsində əlavə edib ki, təkcə prostat xərçəngi deyil, bir çox başqa xərçəng növləri də çənəyə metastaz verə bilər. Qeyd olunur ki, prostat xərçəngi ən çox sümüklərə, limfa düyünlərinə, qaraciyərə və ağciyərlərə yayılır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930