xebermen.az

"Azercell" abunəçilərindən 2 manat aylıq istifadə haqqı çıxacaq - BU TARİXDƏN

1-02-2025, 13:37


 

Xebermen.az Sfera.az xəbər verir ki, hər ay mobil xidmətlərə (zənglər, internet, SMS və s.) 2 AZN-dən az pul xərcləsəniz, balansınızdan avtomatik olaraq 2 AZN (vergilər daxil) xidmət haqqı çıxılacaq. 

 

Hər bir təqvim ayı ərzində telekommunikasiya xidmətlərindən istifadə haqlarının ümumi həcmi 2 AZN-dən çox olduqda aylıq xidmət haqqı tətbiq edilmir. Yəni əgər istifadəçi ay ərzində 2 AZN-dən çox xərcləsə, bu xidmət haqqı çıxılmayacaq.

 

Xidmət haqqı hesablanarkən "Paycell" və "Simkredit" xidmətləri nəzərə alınmır. Ay bitdikdən sonra, növbəti ay balansda kifayət qədər vəsait varsa, həmin ayın xidmət haqqı tam şəkildə çıxılacaq. Əgər balansda kifayət qədər pul yoxdursa, qalıq məbləğ hesabdan silinir və balans artırıldıqda qalan məbləğ avtomatik çıxılır. 

 

Qeyd edək ki, "Bakcell" və "Nar Mobile" nömrələrində bu məcburi deyil. Hətta balansda 0,10 ₼ qalsa belə, məbləğ növbəti balans artımında deyil, yalnız ayın sonu çıxılacaq. "Azercell"də isə bu məcburidir və faktiki olaraq hər ay 2 manat ödənilməlidir. 

 

2 manat faktiki vəsait qarşılığında 30 günlük bonus olaraq 25 dəqiqə şəbəkədaxili (ancaq "Azercell" abunəçilərinə) və 250 meqabayt təqdim olunur.

 

İmtina etmək üçün istifadəçi "Sadə" tarifinə qoşula bilər. Beləliklə, yalnız "Sadə" tarifi üçün 6 ₼ abunə haqqı ödəniləcək.


"Azercell" abunəçilərindən 2 manat aylıq istifadə haqqı çıxacaq - BU TARİXDƏN






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930