xebermen.az

Azərbaycanda çörək bahalaşdı: sabahdan etibarən bu qiymətə satılacaq

31-01-2025, 21:47

 

Sabahdan etibarən çörək 5-10 qəpik bahalaşacaq.

Məsələ ilə bağlı “Nur çörəyi” zavodu ilə əlaqə saxladıq.

Zavoddan saytımıza xəbəri təsdiq etdilər:

“Bəli, doğru xəbərdir. Sabahdan çörəyin qiyməti 5 qəpik artırılacaq. Amma yalnız qiymət deyil, eyni zamanda çörəyin çəkisi də artacaq. Çünki çəki az olanda çörək tez qurumuş olur. Ona görə də məcburuq çəkini artıraq. Çəkini artırırıqsa, avtomatik qiymətə təsir edir. Bazarda qiymət çəkiyə görə tənzimlənir. Ona görə də fevralın 1-dən 50 qəpiklik çörək 55, 55 qəpik olan çörəklər 65 qəpiyə satılacaq.

Çəki bundan əvvəl 440-450 qram idi, bundan sonra 500-500 qram olacaq. 55 qəpiklik çörəyin çəkisi isə 510 qram idi, bundan sonra 620 qram olacaq. Belə olduqda çörəkdə quruma da az olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930