xebermen.az

Mal və quzu əti bahalaşdı

29-01-2025, 10:26

 

Son zamanlar mal və quzu ətinin qiymətində artım müşahidə edildiyi barədə məlumatlar yayılıb.

Paytaxt bazarlarındakı qiymətlər demək olar ki, eynidir.

Dana əti 15-16 manata, quzu əti isə 20-24 manata təklif olunur. Sümüksüz və sümüklü ət arasında isə qiymət fərqi var.

Satıcılar bildiriblər ki, ötən aylara nisbətən ətin qiymətində cüzi dəyişiklik olub. Buna səbəb olaraq satıcılar heyvan qıtlığını və yemin daşınma xərclərinin baha olmasını göstərirlər.

Statistikaya görə isə son 10 ildə iribuynuzluların sayı 5 % azalıb. Bunun da qiymətlərin artmasına səbəb olduğu deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930