xebermen.az

Bu yolda hərəkət dəyişikliyi edildi - Qaydaları pozanlar 100 manat cərimələnəcək

28-01-2025, 09:39

 

Bakıda daha bir yolda hərəkətin təşkilində dəyişiklik edilib.

Söhbət paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla və Çernyayevski küçələrinin kəsişməsindən gedir.

Bir vaxtlar həmin ərazidə kustar üsulla asfalta çəkilən dairə cizgisi sürücülər arasında çaşqınlıq yaradırdı.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları növbəli hərəkəti təşkil etməklə ərazidə təhlükəsizliyi artırmaq və nizamlılığı təmin etmək üçün yol kəsişməsində "sarı tor" təşkil edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, sürücülər arasında çaşqınlığa səbəb olan hallar həmin ərazidə aradan qaldırılıb. O da əlavə edilib ki, ərazidə işıqforların quraşdırılması digər qurumlarla razılaşdırılır.

Qeyd edək ki, həmin yerdə işıqfor qoyulduqdan sonra qaydalara əməl etməyən sürücülər, yəni yol ayrıcını keçmə qaydalarının pozduqları halda 3 cərimə balı və 100 manat məbləğdə cərimə ediləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30