xebermen.az

Neftçalada ov qaydalarını pozan şəxslər saxlanıldı

27-01-2025, 15:26

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Neftçala rayonu ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Araşdırma zamanı həmin şəxslərin Nefçala rayonu Dördlər kənd sakinləri Ağakişi Quliyev, Yusif Əliyev, Tatarməhlə kənd sakinləri Xəyal Vəliyev, Əfqan Həziyev, Vidadi İskəndərov, Abasallı kənd sakini Vasif Cəbrayılov və Bakı şəhər sakini Nazim Rzayev olduğu müəyyən edilib, onlardan ov silahları, qanunsuz ovlanmış 1 baş çöl donuzu və çöl quşları aşkar edilərək götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30