xebermen.az

Özəl pensiya fondu nə vaxt yaradılacaq?

23-01-2025, 09:19

 

Özəl pensiya fondlarının uğurlu fəaliyyət göstərməsi üçün bir sıra idarəetmə və tənzimləmə mexanizmləri nəzərdə tutulur. Özəl pensiya fondlarının effektiv və dayanıqlı fəaliyyət göstərməsi, həmçinin vətəndaşların yatırdıqları vəsaitlərin qorunması üçün müvafiq idarəetmə və tənzimləmə mexanizmlərinin tətbiqi böyük əhəmiyyət kəsb edir. 

Bu barədə Mərkəzi Bankdan bildirilib.

Məlumata əsasən, Mərkəzi Bankın da iştirakı ilə qurumlararası müzakirələr davam etdirilir.

Hazırda qanun layihələrinin təkmilləşdirilməsi və müzakirəsi məqsədilə dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası birgə fəaliyyət göstərirlər. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi altında beynəlxalq təcrübələr araşdırılıb və ilkin qanunvericilik layihələri hazırlanıb. Həmçinin vətəndaşların fondlara yatırdığı vəsaitlərin qorunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və risklərin azaldılması istiqamətində tədbirlər görüləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930