xebermen.az

Sənədləşmədə gecikmə, müştəriyə ödənilməli olan pulun yubadılması: Sığortadakı PROBLEMLƏR

19-01-2025, 22:16

 

Azərbaycanda avtomobillərin icbari sığortası şikayət indeksində ilk sıradadır.

Avtomobillərin icbari sığortası üzrə bəzi şirkətlər şikayət indeksinə görə çox vaxt ilk sıralarda yer alır.

Səbəb sənədləşmədə gecikmə, müştəriyə ödənilməli olan pulun yubadılması və digər problemlərdir.

Sığorta sahəsi üzrə ekspert Vüsal Bədəlov bildirib ki, ümumiyyətlə, vətəndaşların ən çox şikayətçi olduğu sığorta növü icbari sığortadır.

Onun sözlərinə görə, bu kimi problemlərin qarşısını almaq vətəndaşın əlindədir. Bu halda bəzi sığorta şirkətlərinin səhlənkarlığının öhdəsindən gəlmək olur.

Ekspert bildirib ki, sığorta şirkəti seçən zaman bu kimi problemlərlə qarşılaşmamaq üçün diqqətli olmaq lazımdır. Ümumiyyətlə isə, həm seçim zamanı, həm də sığorta şirkəti ilə bağlı problem yaşadıqda vətəndaşların öz sığorta agentlərinə müraciət etmələri daha doğru seçimdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30