xebermen.az

Bakı-Sumqayıt qatarları gecikir - Nə baş verib?

7-11-2024, 09:21

 

Bu gün səhər saatlarından etibarən Bakıdan Sumqayıta və eləcə də Sumqayıtdan Bakıya hərəkət etməli olan qatarların hərəkətində gecikmə müşahidə olunur.

Bu barədə sərnişinlər məlumat veriblər.

Qeyd olunub ki, gecikmənin texniki səbəbdən olduğu deyilib.

"Sumqayıtdan Bakıya gələn ADY-yə məxsus qatarların hərəkəti dayandırılıb. Saat 07:35 qatarı yoxdur. Nə birbaşa gələn, nə də ekspres qatar var. Stansiyada sıxlıq yaranıb", - deyə sərnişin bildirib.

Qatarların gecikməsinə səbəb Sabunçu stansiyası ərazisindəki kontakt şəbəkədə yaranan texniki problem olub. Hazırda problemin aradan qaldırılması üçün işlər görülür.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30