xebermen.az

Sosial mediada aktivliyi olmayan şəxsə kredit verilməyə bilər YENİ TƏLƏB

10-01-2025, 10:22

 

Sosial şəbəkələrdə aktivliyi olmayan vətəndaşa kredit verilməyə bilər.

Söhbət davranış modelləri əsasında verilən kreditdən gedir.

Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qaydaları təsdiq edib. Davranış modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsi nəzərdə tutulur.

Millət vəkili Vüqar Bayramov bildirib ki, davranış modeli uzun müddətdir, inkişaf etmiş ölkələrdə tətbiq olunur. Rəsmi gəlirlər, ödəniş tarixi kimi statistik məlumatlara əsaslanan ənənəvi kredit riski profilindən fərqli olaraq, bu model bir sıra yenlikləri özündə ehtiva  edir.

Vüqar Bayramov sözlərinə görə, bu zaman bank əməliyyatları, onlayn alışlar, sosial media fəaliyyəti və hətta mobil cihazdan istifadə də daxil olmaqla müxtəlif mənbələrdən böyük həcmdə məlumatların toplanması və emalı tələb olunur. Yəni vətəndaşın sosial mediada fəaliyyəti və ya aktivliyi də kredit verilən zaman nəzərə alına bilir.

Sosial şəbəkə hesabı olmayan vətəndaşlara isə digər meyarlar tətbiq ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031