xebermen.az

Bu sahələrdə xidmətlərə görə ƏDV-nin 50 faizi qaytarılacaq

7-01-2025, 21:10

 

Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizi qaytarılacaq.

Bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə" fərmanında əksini tapıb.

Fərmana əsasən, müvəkkil bank 10 gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır. Vergi Məcəlləsinə uyğun olaraq, qaytarılan məbləğ teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizini təşkil edir.

Bu Fərman 2025-ci il iyulun 1-dən qüvvəyə minir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930