xebermen.az

Azər Baxşəliyevə böyrək köçürüləcək?

3-01-2025, 21:19

 

"Hazırda aktyor Azər Baxşəliyevə böyrək köçürülməsindən söz gedə bilməz".

Bunu açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova deyib.

"Azər bəy koma vəziyyətində xəstəxanaya daxil olub, hazırda reanimasiyadadır. Onun adı böyrək nəqli olunacaq xəstələr siyahısındadır. Donor gözləyən xəstələrdən biridir. Bu gün biz onun ağırlaşmış vəziyyətdən çıxmasını gözləyirik. Həkimlər ilkin mərhələdə onu bu vəziyyətdən çıxarmağa çalışırlar. Hazırkı situasiyada böyrək nəql edilməsindən söz gedə bilməz. Onun vəziyyəti həddən artıq ağırdır. Ağır olaraq qalmaqda davam edir. Süni tənəffüs aparatına qoşulub", - deyə o bildirib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930