xebermen.az

Hər ödənişdə 2 qəpik tutulacaq - Azərbaycanda yenilik

2-01-2025, 09:58

 

Azərbaycanda dövlət rüsumları ilə bağlı mühüm yenilik tətbiq ediləcək.

Ölkədə "Dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)" informasiya sistemi yaradılacaq.

Bu məsələ hazırda Milli Məclisdə baxılan "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, yeni informasiya sistemi vasitəsilə, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsi üçün "e-bildiriş" təqdim ediləcək, dövlət rüsumundan daxil olan vəsaitləri hesablayacaq. Artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlər də bu sistem vasitəsilə qəbul edilib baxılacaq.

Nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş"ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulacaq. Bu vəsait işçilərin sosial müdafiəsi və maddi təminatının yaxşılaşdırmasına xərclənəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031