xebermen.az

Sosis ilə mədə xərçəngi arasında əlaqə sübut edildi

2-01-2025, 09:55

 

Alimlər sosis yeməklə mədə xərçəngi arasında təsir və əlaqənin olduğunu sübut ediblər.

Həkim terapevt İrina Baranova sosislərin xərçəngə səbəb olmasını açıqlayıb.

"Çoxsaylı elmi tədqiqatlar sübut edib ki, sosis yeməklə mədə və bağırsaq xərçəngi əlaqəlidir. Sosislərin tərkibində olan dadlandırıcılar, konservantlar və nitritlər sosisin emalı zamanı birləşərək kanserogen maddələr yaradır.

Çox sosis yeyənlərin öd kisəsində daş da yaranır.

Sosisin zərəri tərkibi ilə əlaqədardır:

1. Doymuş yağlar, transyağlar ödü qatılaşdırır

2. Lifin olmaması

3. Duzun və süni dadlandırıcı, rənglərin olması.

Çox sosis verilən uşaqların da öd problemi olur. Ailədə olan zərərli qida vərdişləri gələcək nəsli də məhv edir.

Fast fud qidalar, hamburgerlər şirin qazlı içkilərlə qəbul edildikdə, ümumiyyətlə, orqanizmi sıradan çıxarır", - o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30