xebermen.az

Azərbaycanda elektrik enerjisindən istifadə qaydaları DƏYİŞDİRİLDİ

29-12-2024, 21:36


 

Azərbaycanda elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik olunub.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, 200 kVt-dan yuxarı elektrik qurğularına münasibətdə sifarişçi öz elektrik qurğularına baxış keçirmək və istismara buraxılış aktı almaq üçün həmin qurğuları və müvafiq sənədləri Enerji Məsələlərini Tənzimləmə Agentliyinə təqdim etməlidir.

Həmçinin bundan sonra 150 kVt-dan deyil, 200 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930