xebermen.az

Ekspertlərin araşdırmasından sonra qəzanın səbəbi açıqlanacaq - Kəmaləddin Heydərov

26-12-2024, 09:32

 

“Təyyarə qəzası ilə bağlı Qazaxıstan tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb. Eyni zamanda Azərbaycanın Baş Prokurorluğunun və Dövlət Mülki Aviasiya Agentliyinin mütəxəssisləri hadisə yerində işləyirlər”.

Bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

“Təbii ki, ekspertlərin verdiyi qərardan sonra təyyarə qəzasının səbəbi ilə bağlı açıqlama veriləcək”, - deyə Kəmaləddin Heydərov bildirib.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və fövqəladə nallar naziri Kəmaləddin Heydərov Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxan və yaralanan Azərbaycan vətəndaşlarına baş çəkiblər. Nazirlər Qazaxıstan xəstəxanalarında müalicə alan yaralıların səhhəti ilə maraqlanıblar.

Azərbaycan rəsmiləri sərnişinlərdən təyyarədə yaranmış fövqəladə vəziyyət və qəzanın səbəbləri ilə bağlı suallar soruşub, onların ifadələrini dinləyib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930