xebermen.az

Niyə sol tərəf üstə yatmaq daha təhlükəsizdir? – CAVAB

24-12-2024, 21:11

 

Los-Ancelesdəki "Cedars-Sinai" Tibb Mərkəzinin qastroenteroloqu Əli Rezai deyir ki, sol tərəf üstə yatan insanlar sağ və ya arxa üstə yatanlara nisbətən daha sağlamdır, həmçinin onların həzm problemi daha az olur. 

Həkim tənəffüs problemi olanlara arxa üstə yatmağı məsləhət görmür. 

Əli Rezai bildirib ki, sağ böyrü üstə yatmaq isə həzm pozğunluğuna səbəb olur:

Həkimin sözlərinə görə, ən yaxşı yuxu mövqeyi sol tərəfdə yatmaqdır: 

"Bu addımla sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra və hətta həyatınızı xilas edə bilərsiniz".

Holistik tibbdə sol tərəf "dominant limfatik tərəf" adlanır, çünki insan sol tərəfində yatdıqda, bədəni limfa düyünləri vasitəsilə toksinləri süzməkdə daha təsirli olur. Bu vəziyyətdə yatmaq həm də qan dövranını yaxşılaşdırır və beynin tullantıları süzməsinə kömək edir. Sol böyrü üstə yatmağın bu qədər faydası olmasının səbəbi bədənin daxili orqanlarının anatomiyası və yerləşməsidir.

Qastroenteroloq Rezainin fikrincə, sağ tərəfdə yatmaq, ölümcül xəstəliklər, o cümlədən, ürək xəstəlikləri ehtimalını artırır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930