xebermen.az

Metronun "Sahil" stansiyasının qarşısında AVTOMOBİL YANIB

23-05-2025, 18:54

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "Audi" markalı minik avtomobilinin salonunda baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsi və salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031