xebermen.az

Viza prosesində yenilik: Müraciətlər rəqəmsal şəkildə edilə bilər

2-01-2025, 14:24

 

Almaniya üçün viza müraciətləri artıq rəqəmsal şəkildə edilə bilər.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, bu gündən etibarən milli viza proseduru portalı vasitəsilə bütün dünyadan rəqəmsal müraciətlər edilə bilər.

Dünyanın 167 viza mərkəzinin hamısında rəqəmsal transformasiya aparılacaq və 28 kateqoriya üzrə Almaniya vizası üçün rəqəmsal müraciət etmək mümkün olacaq.

Beləliklə, uzun poçt çatdırılma vaxtlarına qənaət ediləcək və gözləmə müddətləri qısalacaq.

Almaniyanın xarici işlər naziri Annalena Baerbock ölkədə hər il ən az 400 min ixtisaslı kadr çatışmazlığı olduğunu diqqətə çatdırıb.

Viza müraciətləri bu proses üçün yaradılmış vebsayt vasitəsilə alman və ya ingilis dillərində edilə bilər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930