xebermen.az

Azərbaycan Rusiya və Qazaxıstanın təklifini rədd etdi: Qəzanı bu mütəxəssislər araşdıracaq

27-12-2024, 13:05

 

Qəzadan sonra Rusiya və Qazaxıstan hadisənin MDB-nin Dövlətlərarası Aviasiya Komitəsi (Dövlətlərarası Aviasiya Komitəsi 1991-ci ilin dekabrında 12 yeni müstəqil dövlət arasında Mülki aviasiya və hava məkanından istifadə haqqında dövlətlərarası saziş əsasında yaradılıb) tərəfindən araşdırılmasını təklif edib.

 Azərbaycan bu təklifdən imtina edib.

Rəsmi Bakı hadisənin beynəlxalq ekspertlər və “Embraer” mütəxəssislərindən ibarət qrup tərəfindən araşdırılmasını tələb edir.

Azərbaycan hesab edir ki, “Qara qutu”ların oxunması da bu qrup tərəfindən təmin olunmalıdır.

Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930