xebermen.az

"Rusiya qazının Avropaya nəqli dayandırılacaq"

20-12-2024, 21:15

 

"Ukrayna yanvarın 1-dən Rusiya qazının Avropaya tranzitini dayandıracaq".

Bunu ölkənin Baş naziri Denis Şmıqal deyib.

Onun sözlərinə görə, ölkəsi yalnız Avropa Komissiyasının sorğusu əsasında Avropaya məxsus olacaq mavi yanacağın "qoca qitə"yə göndərilməsini həyata keçirə bilər.

Hökumət başçısının sözlərinə görə, həmin variant Avropa qazı Rusiya ilə sərhəd olan bölgələrdən nəql edərsə, mümkündür: "Bu halda isə həmin qaz Rusiyaya deyil, Avropaya məxsus olacaq".

Xatırladaq ki, bir qədər əvvəl Slovakiyanın Baş naziri Robert Fitso belə bir qərarın iki dövlət arasında ciddi münaqişəyə yol açacağını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930