xebermen.az

Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir

24-11-2024, 09:50

 

"Avropa İttifaqı ABŞ-ın yeni sanksiyaları səbəbindən qaz böhranı ilə üzləşib".

Bunu “Regnum” xəbər agentliyi ilə söhbətində neft və qaz bazarı üzrə ekspert Vladimir Demidov deyib.

O qeyd edib ki, söhbət Vaşinqtonun “Qazprombank”a qarşı noyabrın 21-də tətbiq etdiyi sanksiyalardan gedir:

"İndi Rusiya Federasiyasından qaz alan Avropa dövlətləri tez bir zamanda alternativ ödəmə üsulları tapmalı olacaqlar və bu, asan olmayacaq. “Qazprom” müştərilərinin müxtəlif ödəniş cədvəlləri var.

“Qazprom” adətən danışıqlar zamanı, hətta ödəniş qrafiki pozulsa belə, müştərilərə qaz tədarükünü dayandırmır. “Avstriya, Çexiya və Macarıstandan qarşılıqlı addımlar görünsə, o zaman “Qazprom” tədarükü davam etdirəcək".

O, bunun Aİ-də qaz qiymətlərinin artmasının qarşısını ala biləcəyini, lakin möhtəkirlərin də prosesə müdaxilə edə biləcəyini qeyd edib.

Ekspertin fikrincə, Avropada qış o qədər də sərt keçməyəcək ki, bu da bazar üçün müsbət siqnaldır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30