xebermen.az

"Parker" tarix yazdı: Günəşə o qədər yaxınlaşdı ki...

28-12-2024, 20:32

 

Alimlər Günəşə göndərilən "Parker" zondundan bir neçə gün sonra ilk siqnalı alıblar. Bu siqnal tarixdə bir ilk olub.

"Parker" Çikaqo Universitetinin fəxri professoru, fizik Eugene Nevman Parkerin adını daşıyır. NASA "Parker Solar Probe" kosmik gəmisinin Günəş səthindən cəmi 6,1 milyon km qısa məsafəyə yaxınlaşdıqdan sonra təhlükəsiz vəziyyətdə olduğunu və normal işlədiyini bildirib. Günəş missiyasına göndərilən kosmik zonddan bir neçə gün ərzində heç bir siqnal alınmayıb.

NASA-nın internet saytında verilən məlumata görə, saatda 692 mil sürətə çatan kosmik gəmi 980 dərəcə Selsiyə qədər istiyə tab gətirə bilib. Günəşin yaxından tədqiqi "Parker Solar Probe" alimlərinə bu bölgədəki materialın milyonlarla dərəcəyə qədər necə qızdırıldığını daha yaxşı başa düşməyə, günəş küləyinin (Günəşdən qaçan davamlı axın) mənşəyini izləməyə imkan verəcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930