xebermen.az

Sağ qalanlar danışdı: Bu əşya partlayıb, sonra insanlar huşlarını itiriblər

25-12-2024, 20:04

 

Aktauda qəzaya uğrayan AZAL-a məxsus “Embraer 190” təyyarəsinin göyərtəsində olan oksigen çəni partlamış ola bilər. Bu partlayışdan sonra insanlar huşlarını itirməyə başlayıblar.

Bu barədə gazeta.ru sağ qalanların açıqlamalarına istinadən məlumat yayıb.

“Sağ qalan sərnişinlər bildiriblər ki, təyyarədə partlayış olub. Hadisə şahidlərinin sözlərinə görə, quş mühərrikə çırpılıb, daha sonra göyərtədə olan oksigen çəni partlayıb. Buna görə insanlar huşlarını itiriblər”, - məlumatda deyilir.

Xatırladaq ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930